Idealand Agency olaraq 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər, digər portalların və mobil tətbiqlərin hazırlanması ilə məşğuluq. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet, Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Partnyorumuz olan Newline reklam şirkəti üçün hazırladığımız veb-saytı təqdim edirik. Yeni və müasir tələblərə cavab verən saytda şirkətin portfeli və göstərdikləri xidmətlər barədə ətraflı məlumatlar yer alıb.
Qiymətləndirmə şirkəti olan Rec İnvest üçün yeni veb-sayt hazırladıq. Saytda şirkət haqqında və göstərdikləri qiymətləndirmə xidməti barədə ətraflı məlumatlar yerləşdirilib.
Yeni ildə ilk layihəmiz üzərində uzun müddət çalışdığımız EmbaFinans şirkətinin veb-saytı oldu. Şirkət və məhsullar haqda geniş məlumatlar yerləşdirilmiş saytda həmçinin müştərilər üçün şəxsi kabinet də mövcuddur.
Bulud xidmətləri göstərən AzİnTelekom şirkəti üçün buludlu, möhtəşəm və dinamik sayt hazırlamışıq. Şirkət haqqında ətraflı məlumatlardan əlavə keçirilən tədbirlər haqda informasiyaları da saytdan əldə edə bilərsiniz.
Memarlığımızın və tariximizin nadir incisi olan İçərişəhər Qoruğu üçün adına layiq sayt hazırladıq. Sayta qoruq haqqında maraqlı məlumat, faktlar və virtual turla yanaşı turistlər üçün bələdçi tətbiqini da əlavə etmişik.
Crocus Construction şirkətinə məxsus olan Croplast boru zavodu üçün veb-sayt hazırladıq. Sadə korporativ saytda şirkət haqqında məlumatlar, xəbərlər, şəkillər və məhsullar kataloqu yerləşdirilib.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.