Idealand Agency olaraq 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər, digər portalların və mobil tətbiqlərin hazırlanması ilə məşğuluq. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet, Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Vegas Optics üçün hazırladığımız internet mağazada modellər haqqında geniş məlumat almaq imkanı yaratdıq. Bununla yanaşı saytda istənilən məhsulu birbaşa sifariş edib çatdırılma xidmətindən faydalanana biləcəksiniz.
Yerli brend mebel brendi olan Palitra Mebel veb-saytının hazırlanmasını bizə etibar etdi. Saytda zavodun istehsal etdiyi yüksək keyfiyyətli lyuks mebellerin kataloqu yer alıb.
AZ Varvara şirkətinin Mingəçevir balıqartırma və balıqyetişdirmə elm-istehsalat kompleksinin saytını yaratdıq. Saytda şirkət haqqında məlumatlarla yanaşı balıq və kürü məhsullarının çeşidləri yer alıb.
Azərbaycanla yanaşı ABŞ-da, Böyük Britaniyada və Türkiyədə fəaliyyət göstərən Glass Construction şirkəti veb-saytının hazırlanmasını bizə həvalə etdi. Eksklüziv məshullarla və gözoxşayan layihələrlə əhatə olunmuş veb-sayt istifadəyə verildi.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ilk və ən böyük internet mağazası olan Megamart.az üçün veb-saytı biz hazırlamışıq. Gündəlik minlərlə istifadəçinin daxil olduğu hipermarket bütün müasir texniki tələblərə cavab verir.
Hakan Foods şirkətinə məxsus olan Kral ət və ət məhsullarının yeni veb-saytını hazırladıq. Saytda məhsulların kataloqu, o cümlədən, hazırlanma texnikası və standartları haqqında məlumatlar yerləşdirilib.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.