Məxfilik şərtləri

  1. Giriş

Idealand Agency hər zaman istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi yanaşır.
Məxfilik siyasətimiz veb-saytın istifadəçilərindən əldə olunan şəxsi məlumatların heç bir halda üçüncü şəxslərə çatdırılmamasını dəstəkləyir.

  1. Məlumatların toplanması

Idealand Agency aşağıdakı mənbələrdən müxtəlif məlumatlar əldə edir:

  • onlayn müraciət formaları;
  • onlayn əlaqə;

Bundan əlavə, biz sizin kompüterinizin İP-ünvanını qeydə alaraq, daxil olduğunuz səhifələr və cihazınız (cihazın adı, model, əməliyyat sistemi) haqqında məlumatları əldə edib yadda saxlayırıq.

  1. Məlumatların istifadə olunması

Biz əldə olunan məlumatları növbəti məqsədlər üçün istifadə edirik:

  • istifadəçi tərəfindən verilən sualların cavablandırılması üçün;
  • Idealand Agency-nin fəaliyyəti haqqında yeniliklərin istifadəçiyə göndərilməsi üçün.

Bununla yanaşı, əldə olunan məlumatlar saytın idarə olunması və inkişafı üçün analitikada istifadə olunur.

  1. Baxış üçün cihaz icazələri

İstifadəçinin mobil cihazından asılı olaraq, Idealand Agency aşağıda təsvir olunduğu kimi müəyyən icazə tələb edə bilər. Sükuta görə bu icazə istifadəçi tərəfindən verilməlidir. İcazə istifadəçi tərəfindən istənilən vaxt ləğv edilə bilər. İstifadəçi aşağıda qeyd olunan icazəni verərsə, müvafiq məlumat Idealand Agency tərəfindən işlənə bilər:

  • Hal hazırda olduğunuz yer
  1. Linklər

Idealand Agency-nin veb-saytında digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız bizim saytda toplanılan məlumatlara şamil olunur.

  1. Məxfilik və fərdi məlumatlar

Sizə aid fərdi məlumatlar veb-saytdan istifadə zamanı xidməti təqdim edən şirkətə ötürülür. Idealand Agency-nin veb-saytından istifadə edərək barənizdə məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz. Veb-saytın xidmətlərindən istifadə çərçivəsində vətəndaşlar tərəfindən təqdim edilmiş şəxsi məlumatlar və əlaqə vasitələri (ünvan, telefon, e-poçt ünvanı və s.) üçüncü tərəfə ötürülmür.