Layihələrimiz

  • Unik şirkətinin sürücü mobil tətbiqi

    Unik şirkəti sürücülərin Android mobil tətbiqinin hazırlanmasında bizə etibar etdi. Hazırladığımız bu tətbiq şirkətin sürücülərinin işini tam avtomatlaşdırması üçün nəzərdə tutulub.

  • ID Aqropark şirkətinin intranet mobil tətbiqi

    Kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərdən biri olan ID Agropark üçün Android mobil tətbiq hazırladıq. Qarşıya qoyulan əsas məqsəd sahədə görülmüş işlərin asanlıqla qeydə alınması və hesabatların çıxarılması idi.

  • Universal şirkətinin intranet mobil tətbiqi

    Universal şirkəti üçün anbar və sifarişlərin idarə olunması üçün Android mobil tətbiq hazırladıq. Bunun sayəsində şirkətin bütün satış prosesi tam avtomatlaşmış oldu. Müştərimizin məmnuniyyəti əsas məqsədimizdir.

  • Arxiv

    158 Taksi şirkətinin mobil tətbiqi

    Daha bir tanınmış taksi şirkəti mobil tətbiqinin hazırlanması üçün bizə müraciət etdi. Hazırladığımız gözoxşayan dizayn tətbiqi daha da füsunkar edib. Yerli taksi şirkətlərinin müasir tətbiqlərini bazara təqdim etməkdən qürur duyuruq.

  • Cargo.az şirkətinin sürücü mobil tətbiqi

    Cargo.az şirkəti sürücülərin Android mobil tətbiqinin hazırlanması işini də bizə həvalə etdi. Hazırladığımız bu tətbiqin şirkətin sürücülərinin işini tam asanlaşdırmasından əminik.

  • Arxiv

    Güvən Taksi şirkəti mobil tətbiqi

    Xarici taksi şirkətləri ilə rəqabət apara bilməsi üçün Güvən Taksi şirkətinin iOS və Android mobil tətbiqini yaratdıq. Kartla ödəniş və bir sıra lazımlı funksiyaları özündə birləşdirən tətbiqi təqdim edirik.

  • Arxiv

    Sığortala - onlayn sığorta şirkətinin mobil tətbiqi

    Veb-saytını hazırladığımız yerli startuplarımızdan olan Sıgortala.az iOS və Android tətbiqlərin hazırlanmasında da bizi seçdi. Tətbiq vasitəsi ilə bütün sığorta növlərinə aid xidmətlərdən onlayn faydalanmaq mümkündür.