Studiyamız 2010-cu ildən veb-saytların, internet-mağazalar, intranet sistemlər və mobil tətbiqlərin hazırlanması ilə yanaşı digər rəqamsal xidmətlər göstərməklə də məşğuldur. Müştərilərimizdən Azərbaycanın ilk və ən böyük onlayn mağazası olan Megamart.az, AzInTelekom, Azərmaş, Milla, Nikoil Bank kimi yerli şirkətlərlə yanaşı, Chevrolet və Isuzu kimi qlobal şirkətlərin də adlarını sadalaya bilərik.
Növbəti təhvil verdiyimiz layihə Azərbaycanın tibb sahəsində qabaqcıl şirkətlərdən biri olan Azmedikal şirkətinin veb-saytı oldu. Saytda tibbi avadanlıqların və testlərin geniş kataloqu yer alıb.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ilk və ən böyük internet mağazası olan Megamart.az üçün veb-saytı biz hazırlamışıq. Gündəlik minlərlə istifadəçinin daxil olduğu hipermarket bütün müasir texniki tələblərə cavab verir.
Yerli brend mebel brendi olan Palitra Mebel veb-saytının hazırlanmasını bizə etibar etdi. Saytda zavodun istehsal etdiyi yüksək keyfiyyətli lyuks mebellerin kataloqu yer alıb.
Qiymətləndirmə şirkəti olan Rec İnvest üçün yeni veb-sayt hazırladıq. Saytda şirkət haqqında və göstərdikləri qiymətləndirmə xidməti barədə ətraflı məlumatlar yerləşdirilib.
Yeni ildə ilk layihəmiz üzərində uzun müddət çalışdığımız EmbaFinans şirkətinin veb-saytı oldu. Şirkət və məhsullar haqda geniş məlumatlar yerləşdirilmiş saytda həmçinin müştərilər üçün şəxsi kabinet də mövcuddur.
Bulud xidmətləri göstərən AzİnTelekom şirkəti üçün buludlu, möhtəşəm və dinamik sayt hazırlamışıq. Şirkət haqqında ətraflı məlumatlardan əlavə keçirilən tədbirlər haqda informasiyaları da saytdan əldə edə bilərsiniz.
Növbəti layihələrimizdən olan Chevrolet Azərbaycan saytını təqdim edirik. Məqsəd Chevrolet brendinin korporativ stilinə tam uyğun olan veb-sayt hazırlamaq idi. İşimizin öhdəsindən tam gəldiyimizdən əminik.
Hakan Foods şirkətinə məxsus olan Kral ət və ət məhsullarının yeni veb-saytını hazırladıq. Saytda məhsulların kataloqu, o cümlədən, hazırlanma texnikası və standartları haqqında məlumatlar yerləşdirilib.
Müasir tələblərə cavab verən istənilən miqyasda korporativ veb-saytlar, internet-mağazalar, intranet sistemlər və müxtəlif portallar hazırlayırıq.
Biz rahat və sürətli krosplatforma mobil tətbiqlər hazırlayırıq. Beləliklə, siz iOS və Android üçün ayrılıqda sifariş vermədən büdcənizə qənaət etmiş olursunuz.
Korporativ üslubu hazırlayarkən ən optimal həll yolunu tapmaq üçün biznesinizi hərtərəfli araşdırıb təhlil edirik. Asan qəbul olunan və intuitiv məhsullar məhz belə yaradılır.
Layihəni təhvil verdikdən sonra müştərilərimizə texniki dəstək xidməti təklif edirik. Həmçinin digər studiyalar tərəfindən hazırlanmış layihələrə də xidmət göstəririk.