Azərbaycan bazarına biznes proseslərinin daha səmərəli və sistemli idarə olunması üçün nəzərdə tutulmuş yeni texnoloji həll – Nexis ERP təqdim olunur.
Müasir biznes mühitində şirkətlərin inkişafı üçün operativ idarəetmə, düzgün məlumat axını və resurslardan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Nexis ERP məhz bu ehtiyacları nəzərə alaraq hazırlanmış, müəssisələrin gündəlik fəaliyyətini vahid platformada birləşdirən müasir idarəetmə sistemidir.
Platforma maliyyə və mühasibatlıq, satış, satınalma, anbar, müştəri və təchizatçıların idarə edilməsi, hesabatlılıq və digər əsas biznes proseslərinin vahid sistem üzərindən təşkilinə imkan yaradır. Veb və mobil istifadə imkanları sayəsində istifadəçilər iş proseslərinə müxtəlif cihazlardan çıxış əldə edə, əməliyyatları izləyə və biznes fəaliyyətini daha çevik idarə edə bilirlər.
Nexis ERP-nin əsas məqsədi şirkətlərin iş proseslərini optimallaşdırmaq, məlumatların mərkəzləşdirilməsini təmin etmək və idarəetmədə daha effektiv yanaşma formalaşdırmaqdır.
Nexis ERP – biznesinizin bütün imkanlarını vahid sistemdə birləşdirin.
Ətraflı məlumat: nexis.az